Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalar artır

2021.05.27 13:17 (UTC+04:00)

Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müsbət dinamika davam edir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, 2021-ci ilin 4 ayında bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 112,6 faiz və 111,4 faiz təşkil edib. Büdcəyə hər iki sığorta haqları üzrə ümumilikdə 140,4 milyon manat artıq vəsait daxil olub.