Dörd ayda dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrası 131,7 faiz təşkil edir

2021.05.27 13:14 (UTC+04:00)

2021-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrası 131,7 faiz təşkil edir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, büdcəyə nəzərdə tutulandan 780,7 milyon manat artıq vəsait daxil olub ki, bunun da 451 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür. Vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 266,9 milyon manat artıqdır. İqtisadi islahatlar və özəl sektorun inkişafı öz bəhrələrini verir.