Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə yanvar-aprel aylarında daşınmış yüklərin həcmi azalıb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, dörd ayda qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2020-ci ilin müvafiq dövrünə nisbətən 7,6 faiz azalıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 76,9 faiz təşkil edib.