İslam İnkişaf Bankının işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı müzakirə olunub

2021.05.26 17:12 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun prezidenti Bəndər Həccar ilə görüşüb.

Bu barədə iqtisadiyyat naziri məlumat verib.

“Bəndər Həccar və həmkarları ilə görüşümüzdə tərəfdaşlığın, özəl sektora dəstəyin genişləndirilməsi, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq, bankın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.