TRACECA-nın Azərbaycan hissəsində 10,1 milyon ton yük daşınıb

2021.05.26 16:24 (UTC+04:00)

Cari ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10,1 milyon ton, yük dövriyyəsi isə 2 milyard 405,2 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 5 milyon 636 min tonu və ya 55,4 faizi avtomobil nəqliyyatı, 3 milyon 349,4 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 190,8 min tonu və ya 11,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,5 faizini və ya 2 milyon 393,9 min tonunu tranzit yüklər təşkil edib.