Mayın 26-na Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri 520 milyon manat təşkil edib.
28 günlük notlar üzrə son faiz dərəcəsi 5,76 faiz, 168 günlük notlar üzrə 5,75 faiz, 252 günlük notlar üzrə 6,21 faiz olub.
Qeyd edək ki, aprelin 24-dən mayın 5-dək Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notlarının ümumi dəyəri 670 milyon manat təşkil edib.