Rayonlara sərnişin daşıyan şirkətlər zəruri hazırlıq işlərinə başlayıb

2021.05.26 15:29 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti xüsusi təlimat əsasında təşkil ediləcək.

Avtovağzal kompleksləri və sərnişin daşıyıcı şirkətlər zəruri hazırlıq işlərinə başlayıb və mayın 31-dək müvafiq xidmətləri göstərməyə tam hazır olacaqlar.

Təhlükəsiz daşıma tədbirləri Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanmış xüsusi təlimat əsasında təşkil ediləcək.

Respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiya kompleksində avtonəqliyyat vasitələri, eləcə də avtovağzal ərazisi, gözləmə zalı gündəlik dezinfeksiya olunacaq.

Sıxlığın qarşısının alınması məqsədilə daşımaların sərnişin axınına uyğun idarə ediləcək. Koronavirus əlamətləri olan sərnişin aşkar edildiyi təqdirdə davranış qaydaları barədə sürücülərin təlimatlandırılacaq.

Sürücülərdə koronavirus əlamətlərinin olmasına işə başlayarkən və işdən sonra nəzarət olunacaq, belə şəxslərin avtobusu idarə etməkdən müvəqqəti kənarlaşdırılacaq və aidiyyəti tədbirlər görüləcək.

Sürücülərə dezinfeksiyaedici spirt tərkibli gel məhlulu, birdəfəlik əlcək və maskalar veriləcək.

Avtobusların havalandırma prinsipi ilə işləyən daxili soyutma və isitmə sistemlərindən istifadə məhdudlaşdırılacaq. Avtobuslarda təmizlik işləri aparılarkən pəncərələrin qapalı, sərnişindaşıma zamanı isə salonun havalandırılması məqsədilə mümkün qədər açıq vəziyyətdə saxlanılmasına nəzarət ediləcək.