Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə KOBİA və təşkilat arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib və əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində bu il Bakıda “Young Business Hub Azerbaijan Invesment” sammitinin keçirilməsinə dair agentlik və təşkilat arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.