Sahibkarlar İslam İnkişaf Bankının müsabiqəsində iştiraka dəvət olunurlar

2021.05.25 16:18 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, İslam İnkişaf Bankının (İİB) “Engage” İnnovasiya Mərkəzi “Transform Fund 4th Call for Innovation 2021” müsabiqəsini elan edib.

Müsabiqənin məqsədi COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində İİB-ə üzv ölkələrin dəstəklənməsidir. Müsabiqə çərçivəsində alimlərə, tədqiqatçılara, COVID-19 pandemiyasına qarşı vaksinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində çalışan biotexnoloji şirkətlərə və elmi-tədqiqat müəssisələrinə qrant və səhm kapitalı şəklində 0,1-1 milyon ABŞ dolları maliyyə yardımının ayrılması nəzərdə tutulur.

İştirak üçün təkliflər hazırlanaraq mayın 31-dək qeyd olunan link (https://bit.ly/3f2Xyqi) vasitəsilə təqdim edilməlidir. Müsabiqə ilə bağlı əlavə məlumatı İslam İnkişaf Bankının internet səhifəsindən əldə etmək olar.