Cari ilin yanvar-aprelində xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 milyard 620,2 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 497,4 milyon manatı (92,4 faizi) Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Virgin adaları, Norveç, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.