Dünya birjalarında neft qiymətləri bahalaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,05 dollar artaraq 68,51 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 66,06 dollar olub.