Yanvar-aprel aylarında Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 29,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azdır.
Cari ildə ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 13,8 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çox olub.