Bu il Ceyhan limanından 80 milyon bareldən çox BTC nefti yola salınıb

2021.05.24 17:21 (UTC+04:00)

Bu il Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən (BOTAS International Limited) şirkəti tərəfindən Ceyhan limanından 80 milyon 442 min bareldən çox xam neft nəql edilib.

Xam neftlər 11 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

İndiyədək ümumilikdə limandan 3 milyard 651 milyon 458 min barel xam neft 4770 tankerə yüklənib.