Bu il Azərbaycanda ən çox idxal əməliyyatları apreldə aparılıb.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi apreldə, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, apreldə idxal əməliyyatlarının dəyəri 998,2 milyon ABŞ dolları, yanvarda isə 790,3 milyon dollar təşkil edib.
Qeyd edək ki, cari ilin 4 ayında idxalın dəyəri 3 milyard 528,9 milyon dollar olub.