Cari ilin yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 58,1 faizi sənaye, 20,3 faizi isə tikinti sahələrinə sərf edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövr ərzində əsas kapitala yönəldilmiş ümumi vəsaitin 11,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 1 faizi informasiya və rabitə, 0,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, hər birində 0,4 faiz olmaqla təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,3 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinə sərf olunub.