Metallurgiya sənayesi üzrə 270,1 milyon manatlıq məhsul istehsal edilib

2021.05.24 11:09 (UTC+04:00)

Cari ilin yanvar-aprel aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 270,1 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin dövr ərzində hazır metal məmulatlarının istehsalı sahəsində 9,3 faiz azalma müşahidə edilib. Eyni zamanda, sözügedən sahə üzrə 8 min 782,3 ton qara metallardan digər konstruksiyalar istehsal olunub.