Kompüter, elektron və optik məhsulların istehsalı 2,8 dəfə artıb

2021.05.21 15:43 (UTC+04:00)

Cari ilin yanvar-aprel aylarında kompüter, elektron və optik məhsulların istehsalı artıb.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, 4 ay ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 71,3 milyon manatlıq məhsul istehsal olunub. 2020-ci ilin müvafiq ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,8 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 65,2 faiz artıb.

Hesabat dövründə ötən ilin yanvar-aprel aylarına nisbətən stolüstü kompüterlərin istehsalı 31,5 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 2,7 dəfə, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 73,1 faiz, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 67,9 faiz artıb.