ABŞ-ın müstəqil beyin mərkəzi olan Xəzər Siyasət Mərkəzinin (“Caspian Policy Center”) üzvləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.
KOBİA-dan bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov mərkəzin icraçı direktoru və İdarə Heyətinin üzvü Əfqan Nifti, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta və müxtəlif ölkələrdə səfir işləmiş Riçard Hoqland, eləcə də elmi dairələrin nümayəndələrindən ibarət nümayəndə heyətinə Azərbaycanın biznes və investisiya imkanları, iqtisadiyyatın şaxələndirilməsi tədbirləri, o cümlədən iqtisadiyyatda kiçik və orta sahibkarlığın rolunun və rəqabətqabiliyyətinin artırılması istiqamətində görülən tədbirlər, KOB-lara göstərilən dövlət dəstəyi, agentliyin fəaliyəti və dəstək mexanizmləri barədə məlumat verib.
Görüşdə, həmçinin qonaqları maraqlandıran suallar cavablandırılıb və mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.