Dörd ayda hər bir ölkə sakini 242,7 manatlıq müxtəlif ödənişli xidmətlərdən yararlanıb

2021.05.21 14:15 (UTC+04:00)

Cari ilin ilk 4 ayında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz azalaraq 2 milyard 401,3 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 798,5 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 74,9 faizini təşkil edib. Yanvar-aprel aylarında hər bir ölkə sakini orta hesabla 242,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 1,2 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.