Yanvar-aprel aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 62,4 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 55,4 faizi avtomobil, 7,8 faizi dəmir yolu, 3,2 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı, 33,4 faizi isə boru kəməri ilə daşınıb.