Ət istehsalı 3 faiz artıb

2021.05.20 17:56 (UTC+04:00)

Yanvar-aprel aylarında diri çəkidə 176,3 min ton ət, 672,3 min ton süd, 624,7 milyon ədəd yumurta və 2,3 min ton yun istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin eyni ayları ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,9 faiz, yun istehsalı 0,1 faiz artıb, yumurta istehsalı isə 4,4 faiz azalıb.