Sumqayıtda zəruri qayda və tələbləri pozan sahibkarlıq subyektləri cərimələnib

2021.05.20 15:30 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə mayın 18-də keçirdiyi növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində Ziyafət Hüseynova, Leyla Murtuzovaya, Həmid Qurbanova, Mələk Niftalıyevaya, Hüseyn Rəhimova, Elvin Mustafayevə məxsus pərakəndə ticarət obyektlərində, Amir İbrahimova məxsus təmir sexində, ümumilikdə 15 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.