Yanvar-aprel aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 14,6 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,3 faiz azalıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 1,6 faiz azalaraq 14 milyard manata bərabər olub, onun 47 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 365,5 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 7,6 manat çox vəsait xərcləyib.