Toxuculuq, geyim və ayaqqabı sahələrində 172,4 milyon manatlıq məhsul istehsal edilib

2021.05.20 11:59 (UTC+04:00)

Bu ilin ilk 4 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 172,4 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 4,4 dəfə, toxuculuq sənayesində 33,3 faiz, geyim istehsalında 19 faiz artım müşahidə olunub.