Emal sənayesində 4,5 milyard manatlıq məhsul istehsal edilib

2021.05.20 11:17 (UTC+04:00)

Yanvar-aprel aylarında emal sənayesində 4 milyard 542,3 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 98,7 faiz, qida məhsullarının istehsalında isə 6,9 faiz artım, içki istehsalında isə 9,9 faiz azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 2,3 dəfə, duru bitki yağlarının istehsalı 17,4 faiz, kərə yağı istehsalı 6 faiz, kolbasa məmulatlarının istehsalı 4,3 faiz artıb, marqarin istehsalı isə 16,2 faiz azalıb.