Mayın 19-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102090S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 18 investor tərəfindən qiymət 99.5543 AZN (5.76 faiz) olan 28 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 738 milyon 756 min 700 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.5543 AZN (5.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar iyunun 16-da ödəniləcək.