Bu ilin ilk 4 ayında ölkədən 49 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, hesabat dövründə ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 31,4 milyon ABŞ dollarından çox olub.
Xatırladaq ki, 2020-ci ilin yanvar-aprel aylarında 15 milyon dollarlıq 20,8 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.