Pambıq lifi və ipliyinin ixracı artıb

2021.05.19 15:39 (UTC+04:00)

Yanvar-aprel aylarında ölkədən 64,6 min ton pambıq lifi və 5643 ton pambıq ipliyi ixrac edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir ki, ixrac edilən pambıq lifinin dəyəri 96,9 milyon dollar, pambıq ipliyinin dəyəri isə 15,2 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin eyni aylarında 45 milyon dollarlıq 32,4 min ton pambıq lifi, 8,7 milyon dollarlıq 3835 ton pambıq ipliyi ixrac edilib.