Alüminium və ondan hazırlanan məmulatların ixracı artıb

2021.05.19 12:11 (UTC+04:00)

Cari ilin yanvar-aprel aylarında 22,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 53 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin eyni dövründə 25,7 milyon dollarlıq 13,7 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.