Dövlət büdcəsinin gəlirləri 8,2 milyard manat, xərcləri 7,5 milyard manat olub

2021.05.19 11:45 (UTC+04:00)

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2021-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 8 milyard 234,3 milyon manat, xərcləri 7 milyard 527,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 706,6 milyon manatlıq profisit yaranıb.