Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin dəyəri 1,7 milyon dollar olub

2021.05.19 09:56 (UTC+04:00)

Yanvar-aprel aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin dəyəri 1,7 milyon dollar olub.

Bu barədə Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.

Bildirilir ki, dörd ayda ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 1 milyon 400 min dollar təşkil edib.

Azərbaycandan Moldovaya isə 300 min dollar dəyərində məhsul ixrac olunub.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanla Moldova arasında ticarət dövriyyəsi 7,8 milyon dolları ötüb.