Mayın 18-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 91.3372 AZN (12 faiz) və 101.4832 AZN (6.2 faiz) olan 32 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.9237 AZN (6.5 faiz), orta ölçülmüş qiyməti 100.9323 AZN (6.4953 faiz) müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 228 milyon 738 min 400 manat, yerləşdirilmiş həcmi isə 60 milyon manat təşkil edib. İstiqrazlar 2023-cü il mayın 16-da ödənilib. Hərrac iştirakçıları mayın 19-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.