Vergi Məcəlləsinə əsasən, I və II dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Dövlət Vergi Xidmətindən bildirilib ki, eyni zamanda, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Qeyd olunanlara əsasən, həmin şəxslər azadolmanı təsdiq edən sənədləri iş yerinə təqdim etməlidirlər.