Alma ixracı artıb

2021.05.18 12:32 (UTC+04:00)

Cari ilin ilk 4 ayında ölkədən 20,8 min ton alma ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən almanın dəyəri 8,7 milyon dollar təşkil edib.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 8,3 milyon dollar olmaqla 19,7 min ton alma ixrac edilib.