Nüfuzu “Emerging Europe” saytı İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının ingilis dilində hazırlanan “Zəngəzur dəhlizi” geoiqtisadi inqilabdır”( “Zangezur Corridor” is geo-economic revolution) başlıqlı yazısını dərc edib.
Bu barədə İİTKM-dən bildirilib. Məqalədə qeyd olunur ki, Zəngəzur dəhlizinin açılması, infrastruktur və kommunikasiyanın qurulması nəticəsində Azərbaycan Asiya və Avropa arasındakı tərəfdaşları ilə birlikdə əsas nəqliyyat qovşağına çevriləcək. Bu isə Böyük İpək yolu iştirakçılarının fəaliyyətinin əsas məqsədlərindən biridir. Zəngəzur dəhlizinin açılması həmçinin region ölkələri arasında siyasi, ticari və iqtisadi əməkdaşlığa müsbət təsir göstərəcək.
Məqalə ilə təqdim olunan link vasitəsilə tanış ola bilərsiniz: https://bit.ly/3eSJY8K.