Bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 165 milyon dollar olub.
Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-apreldə Belarusdan Azərbaycana ixracın dəyəri 42 milyon dollar, ölkəmizdən Belarusa isə 123 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 313 milyon dolları ötüb. Bu da 2019-cu illə müqayisədə 86 milyon dollar çoxdur.