Yanvar-aprel aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 320,8 milyon dollar olub.
Ukrayna Dövlət Statistika Komitəsindən bildirilib ki, 4 ayda Azərbaycan bu ölkəyə 178,4 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 142,4 milyon dollar olub.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 771,5 milyon dollar olub, bu da pandemiya ilə əlaqədar olaraq 2019-cu illə müqayisədə 36,5 milyon dollar azdır.
Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.