Əsas kapitala yönəldilmiş vəsaitin 72,6 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

2021.05.17 16:16 (UTC+04:00)

Cari ilin yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 132,6 milyon manatını və ya 56,8 faizini daxili vəsaitlər təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 722,9 milyon manatı və ya 72,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 64,7 faiz, büdcə vəsaitləri 15,6 faiz, bank kreditləri 6,8 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, digər vəsaitlər isə 5,7 faiz təşkil edib.