Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, 2021-ci ilin yanvar ayından etibarən ölkə üzrə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.
İqtisadiyyat Nazirliyi və onun qurumları da bu prosesdə yaxından iştirak edir. Mayın 16-dan etibarən İqtisadiyyat Nazirliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Nazirlik əməkdaşlarının növbəti səyyar vaksinasiyası təşkil edilib və həftənin sonunadək davam edəcək.
Qeyd edək ki, Nazirliyin 1000-ə yaxın əməkdaşı 2-ci doza, 950-dən çox əməkdaşı isə 1-ci doza vaksinin vurulması üçün müraciət edib və onların bu həftə ərzində peyvənd olunması nəzərdə tutulur.