Bu ilin dörd ayında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə 2 milyard 25 milyon manat vəsait ödənilib

2021.05.16 14:47 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında da pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,0 faiz və ya 113,9 milyon manat çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin sosial ödənişlər ümumilikdə 2 milyon 350 min şəxsi əhatə edib.