Cari ildə qlobal neft tələbatı gündəlik 96,5 milyon barelə çatacaq

2021.05.16 12:06 (UTC+04:00)

Qlobal xam neft tələbatı bu il ötən illə müqayisədə 6 milyon barel (6,58 faiz) artaraq sutkalıq orta hesabla 96 milyon 500 min barel təşkil edəcək.

Bu barədə OPEC-in aylıq hesabatında deyilir.

Bildirilir ki, OPEC-ə üzv ölkələrin neft tələbatı isə keçən ilə nisbətən 5 milyon 200 min barel çoxalaraq gündəlik orta hesabla 27 milyon 700 min barel olacaq.