ABŞ-da dünyanın ən böyük kriptovalyuta birjasına qarşı vergi cinayəti iddiası qaldırılıb

2021.05.16 11:11 (UTC+04:00)

Son vaxtlar dünyada müzakirə olunan ən aktual iqtisadi mövzulardan biri də kriptovalyuta bazarında baş verənlərdir. Bu bazarın ən mühüm son yeniliklərindən biri İlon Maskın “Tesla” şirkətinin ödəmələrində bitkoindən istifadə edilməyəcəyi barədə bəyanatı olmuşdu.

Bunun ardınca kriptovalyuta bazarında da kəskin sarsılma müşahidə olunmuşdu. Daha sonra isə ABŞ Ədliyyə Nazirliyindən və Milli Gəlirlər İdarəsindən alınan xəbərlər kriptovalyuta birjaları üçün heç də xoş olmadı: ABŞ-da dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”yə qarşı təhqiqat başlandığı bildirildi.

“Bloomberg” agentliyinin məlumatına görə, məhkəmə təhqiqatının mövzusu çirkli pulların yuyulması və vergi cinayətləridir.

“Binance” birjasının əməliyyatları ilə bağlı aidiyyəti dairələrdən məlumat vermələri tələb olunmuşdur.