Sülh, barış, bərəkət ayı - Ramazan bayramı münasibətilə Azərbaycan xalqını, dünya azərbaycanlılarını təbrik edirik! Uzun illər növbəti Ramazanı doğma Qarabağımızda, Şuşamızda, Füzulimizdə, Ağdamımızda qeyd edək deyə, dualar, niyyətlər edərdik. Xoşbəxt xalqıq ki, uca Yaradan dualarımızı qəbul etdi, 29 ildən sonra ilk dəfə bayram namazları Şuşada qılınır, Qarabağ səmasına azan səsləri ucalır.
Bizə bu sevinci, bu qüruru canları bahasına yaşadan hər bir Şəhidimizə Allah rəhmət eləsin!
Sağlamlıqları bahasına bizimlə bir yerdə bu xoşbəxt günləri bölüşən hər bir qazimizə Allah şəfa versin!
44 günlük Vətən müharibəsi ilə bizi natamamlıq kompleksindən qurtaran, başımızı dik tutmağa səbəbkar olan, ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi təmin edən Azərbaycan Ordusu və Ali Baş Komandan, sizə sonsuz minnətdarıq!
Bayramınız mübarək!
Anar Əliyev,
Tarix üzrə fəlsəfə doktoru