Fransanın “Paris Sen-Cermen” klubunun açıqlamasına görə, braziliyalı futbol ulduzu Neymar komanda ilə 2022-ci il iyunun 30-da başa çatacaq müqaviləsinin müddətini üç il - 2025-ci ilin 30 iyununa qədər uzadıb.
Müqaviləsini yenilədikdən sonra Fransa klubunun internet saytına açıqlama verən Neymar Parisdə məmnun olduğunu bildirib: “Bu klubun bir parçası olmaqdan, bu oyunçularla birlikdə çalışmaqdan, bu klubun tarixində iştirak etməkdən qürur duyuram. Bunlar məni böyük layihəyə daha çox inandıran şeylərdir. Ona görə də müqaviləmin müddətini uzatdığımdan çox xoşbəxtəm. Burada daha çox kubok qazanacağıma ümid edirəm”.
Fransa mətbuatının yazdığına görə, Neymar Fransada vergilərin çıxılmasından sonra illik 30 milyon avro təmiz gəlir əldə edəcək.