Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib

2021.05.10 16:42 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.