Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası (BFB) və “AzFinance” investisiya şirkəti tərəfindən kiçik və orta biznes (KOB) subyektləri üçün “Qiymətli kağızların buraxılışı və Fond Birjasında listinq” mövzusunda onlayn təlim keçirilib.
BFB-dən bildirilib ki, təlimdə Bakı Fond Birjasının və “AzFinance” investisiya şirkətinin əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib. İnteraktiv formada keçirilən tədbirdə təqdimatçılar tərəfindən iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və KOBİA ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.