Cari ildə Gömrük Komitəsi büdcəyə 1,3 milyard manat köçürüb

2021.05.08 11:28 (UTC+04:00)

Yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 1 milyard 314 milyon 385 min manat olub.

Komitədən bildirilib ki, dörd ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 360 milyon 555 min manat, əlavə dəyər vergisi üzrə 888 milyon 802 min manat, aksizlər üzrə 51 milyon 144 min manat, yol vergisi üzrə isə 13 milyon 880 min manat təşkil edib.