Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) videoformatda ümumi yığıncağı keçirilib.
Milli Depozit Mərkəzindən bildirilib ki, iclasda qanunvericiliyə ölkənin qiymətli kağızlar bazarının inkişafına təkan verə biləcək dəyişikliklər ilə bağlı təkliflər, təkrar bazarda keçirilən əqdlər üzrə hesablaşmalar, AFBİA-nın ekspert qruplarının yaradılması və digər cari məsələlər müzakirə olunub. Görüş zamanı gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və yekun olaraq müvafiq qərarlar qəbul edilib.
Yığıncaqda investisiya şirkətlərinin, Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin nümayəndələri iştirak ediblər.