Əhaliyə xidmət müasirləşdirilir

2019.03.06 10:24 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) əhaliyə xidmətlərin innovativ üsullarla, "bir pəncərə" və "e-sosial" portalı əsasında şəffaf və operativ şəkildə çatdırılması üçün yeni və müasir qəbul mərkəzi açılıb.

Mərkəzdə vətəndaşların elektron növbəliliyi təmin edilir. Qəbula gələn vətəndaşlara əsas xidmət istiqamətləri - əmək pensiyaları, sosial müavinət və təqaüdlər, avtomobil və mənzil növbəliliyi, maddi yardım və sanator-kurort yollayışları üçün müraciət, fərdi uçot, eləcə də ünvanlı sosial yardımla bağlı xidmətlər göstərilir. Fondun təcrübəli mütəxəssisləri üçün etik davranış üzrə kurslar, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən treninqlər keçirilib.
Tədbir çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev elektron qaydada pensiya təyin olunmuş 5.000-ci pensiyaçıya bank kartı və hədiyyə təqdim edib.