İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 33 min 491 ipoteka krediti verilib

2021.05.07 14:45 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 33 min 491 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 780 milyon 622,8 min manatdan çoxdur.